Pentaqon Suriyada ortaq hava əməliyyatları barədə rəsmi təklif almadığını bildirir

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan  mayın 25-dən etibarən Suriyada ortaq hava əməliyyatları keçirməyə dair hələ ki, rəsmi təklif almadığını açıqladı.

494818
Pentaqon  Suriyada ortaq hava əməliyyatları barədə rəsmi təklif almadığını bildirir

 Pentaqon Sözçüsü Kapitan Jeff Davis nazirlikdə jurnalistlərin suallarını cavablandırarkən: "Biz təklifi almamışıq və eyni xəbərləri sizinlə birlikdə biz də gördük" dedi.
 
 ABŞ-ın Rusiya ilə Suriyada hava məkanının təhlükəsizliyini qorumaqdan başqa hər hansı bir əməkdaşlığının olmadığını vurğulayan Davis: "Rusiyanın Suriyadakı əməliyyatları Əsəd rejiminə dəstək olur. Bizim yeganə hədəfimiz DEAŞ-ı zəiflədərək məğlubiyyətə uğratmaqdır" deyə danışdı.
 
Dövlət Departamentinin sözçüsü John Kirby də, məsələ ilə bağlı verdiyi yazılı açıklamada: "Rusiya ilə Suriyada ortaq hava əməliyyatları təşkil edəcəyimizə dair bir müqavilə bağlamamışıq" ifadəsindən istifadə etdi.
 
 ABŞ və Rusiyanın  Suriyaya Beynəlxalq Dəstək Qrupunun ötən həftə Vyanada keçirdiyi görüşlərlə bağlı əlaqədə olduğunu vurğulayan Kirby münaqişələrin dayandırılması müqaviləsi nəticəsində Suriyada zorakılığın azaldığını, lakin bəzi bölgələrdə münaqişələrin davam etdiyini qeyd edib.
 
 Kirby açıqlamasında vəziyyəti : "Hücumların böyük əksəriyyəti rejim tərəfindən həyata keçirilir. Rusiyanın bu zorakılığı sona çatdırmasını gözləyirik"  şəklində dəyərləndirib.
 
 Ağ Ev mətbuat katibi Eric Schultz da, Rusyanın ABŞ-a etdiyi təklifin ilk olmadığını bildirərək: "Əgər Rusiya Əl-Nüsra və DEAŞ-a qarşı döyüşmək istəyirsə,  ilk addımda Əsəd rejimi qaydalara riayət etməlidirr" dedi.
 
 Qeyd edək ki, Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Moskvada verdiyi açıqlamada ABŞ-a və onun rəhbərlik etdiyi koalisiyanın hava qüvvələrinə mayın 25-dən etibarən Suriyada Nüsra Cəbhəsinə və atəşkəsə riayət etməyən qruplara qarşı birgə hərəkət etməyi təklif etdiklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr