Tayvanın ilk qadın prezidentinin andiçmə mərasimi keçirilib

Demokratik İrəliləyiş Partiyasının qadın lideri Say İng Van and içərək vəzifəsinin icrasına başlayıb.

494155
Tayvanın ilk qadın prezidentinin andiçmə mərasimi keçirilib

Tayvanda yanvar ayında keçirilən prezident seçkilərində qalib gələn müxalifətdəki Demokratik İrəliləyiş Partiyasının qadın lideri Say İng Van and içərək vəzifəsinin icrasına başlayıb.

Ölkənin ilk qadın dövlət başçısının paytaxt Taybeydə keçirilən and içmə mərasiminə minlərlə insan qatılıb.

Qeyd edək ki, Say İng Van prezident seçkilərində 60% səs qazanmışdı.

2008-ci ildə bu zamana qədər iqtidarda olan milliyyətçi Kuomin Tang (KMT) Pekin ilə yaxınlaşaraq Tayvan iqtisadiyyatını bu ölkədən asılı hala gətirdiyinə görə tənqid olunurdu.  



Әlaqәli Xәbәrlәr