Fransada fövqəladə vəziyyət yenə 2 ay davam edəcək
Fransa Milli Məclisi Senatda keçən həftə təsdiqlənən Fövqəladə Vəziyyətin tətbiqinin iki ay uzadılmasıyla bağlı qanun layihəsini qəbul edib

Milli Məclisdə iştirakçıların az olduğu səsvermədə 46 nəfər "lehinə", 20-si "əleyhinə" səs verib, 2 millət vəkili bitərəf qalıb.
Məclisdə səsvermədən əvvəl danışan Fransa Daxili İşlər naziri Bernard Kazeneuve Fövqəladə Vəziyyətin təhlükəsizlik riskini azaltmaq baxımından əhəmiyyətli olduğunu bildirərək deyib: "Terror təhdidi hələ də var və Fransa da Avropa İttifaqı kimi hədəfdədir”.
Fransanın Avropa Futbol Çempionatına (Avro 2016) ev sahibliyi edəcəyini xatırladan Kazeneuve onu da bildirib ki: "Bu yaz keçiriləcək “Avro 2016” və Fransa Velosiped Turu bizim ikiqat ehtiyatlı olmağımızı tələb edir. Terrorçular üçün bu cür tədbirlər potensial bir hədəf deməkdir".
Qeyd edək ki, Parisdə 13 noyabr 2015-ci ildə törədilən terror hücumlarından sonra elan edilən fövqəladə vəziyyətin tətbiqi Milli Məclisdə qanun layihəsinin təsdiqlənməsiylə üçüncü dəfə uzadılmış olub.
Әlaqәli Xәbәrlәr

Cen Psaki : “İranın cavabı bizi məyus etdi”
Cen Psaki İranın Avropa İttifaqının təklifini qəbul etməməsinə münasibət bildirib.