Kanadadakı meşə yanğın sahǝsi dəqiqədə 30- 40 metr yayılır

Ölkə tarixinin ən böyük meşə yanğınlarından birinǝ çevrilǝn Fort Mak-Mörrey bölgəsindəki yanğın yayılaraq davam edir.

492945
Kanadadakı meşə yanğın sahǝsi dəqiqədə 30- 40 metr yayılır

 Ölkə tarixinin ən böyük meşə yanğınlarından birinǝ çevrilǝn Fort Mak-Mörrey bölgəsindəki yanğın yayılaraq davam edir.

 Daha əvvəl şəhərin cənubunu kül edən yanğın şimala üz tutaraq yeni sahələrdǝ öz tǝsirini göstǝrmǝyǝ başlayıb.

 Regiondakı rəsmilərin açıqlamalarına görə, ötən həftə 201 min hektar sahəni kül edən meşə yanğınında bu rəqəm 285 min hektara çatıb.

 Yanğının dəqiqədə 30 ilə 40 metr sürətlə yayıldığı müəyyən edildikdǝ, bölgədə olan 12 neft sahəsində çalışan 8 min işçi də təxliyə edilib.

Fort Mak-Mörrey yanğın məlumatlandırma mərkəzinin sözçüsü bölgədə xidmət göstǝrǝn yanğınsöndürǝn dəstələrin ciddi təhlükə altında çalışdıqlarını söyləyib.

 Sözçü bildirib ki, yanğın ani küləklə bir anda işçilǝri tǝhlükǝ altında qoya bilǝr. Ağır tüstü, olduqca məhdud görmǝ mǝsafǝsi və proqnozlaşdırıla bilmǝyǝn alov hərəkətləri yanğınsöndürənləri son dərəcə tǝhlükǝli vǝziyyǝtlǝ qarşı-qarşıya qoyur.

 Digər tərəfdən ABŞ-da benzin tələbatının artdığı bir dövrə daxil olunması Səudiyyə Ərəbistanının neft sektorunda baş verən köklü dəyişikliklər və neft ehtiyatındakı  azalma prosesinǝ ǝlavǝ olaraq Fort Mak-Mörrey yanğını xam neftin barrelinin 48 dolları ötmǝsinǝ sǝbǝb olub.

 Gündəlik 500 min barrel xam neft istehsal gücü olan region Kanadanın ən səmərəli neft ehtiyatlarına malikdir.

 Mütəxəssislər yanğının daha uzun müddət davam etməsinin xam neftin qiymətlərinin 50 dolları ötmǝsinǝ gǝtirib çıxaracağını proqnazlaşdırır.



Әlaqәli Xәbәrlәr