İhvan Sykes-Picot Müqaviləsinin İslam ölkələri üçün ən təhlükəli bəlalardan biri olduğunu bildirdi

Misirdəki Müsəlman Qardaşlar Təşkilatı (İhvan) 100 il əvvəl Böyük Britaniya və Fransa arasında bağlanan Sykes-Picot Müqaviləsinin İslam ölkələrinin başındakı ən təhlükəli bəlalardan biri olduğunu bildirdi.

493460
İhvan Sykes-Picot Müqaviləsinin İslam ölkələri üçün ən təhlükəli bəlalardan biri olduğunu bildirdi


 Sykes - Picot Müqaviləsinin 100-cü ildönümü münasibətilə İhvan-nın verdiyi yazılı açıqlamada bu gizli müqavilənin üstündən bir əsr keçdiyi, bu müddətdə Ərəb və İslam ölkələri arasında münaqişələrin ortaya çıxdığı ifadə edildi.
 
 Hələ də bəzi Ərəb və Müsəlman liderlərin əcnəbilərin təsirlərinə boyun əydiyi və müstəqil qərar ala bilmədiyi bildirilən açıqlamada: "İslam dünyası ilə Ərəb bölgələrinin bölüşdürülməsinin, məzhəb, irq kimi məsələlər üzərindən müsəlmanlar arasında qarşıdurma
alovunun yandırılmasından 100 il keçməsinə baxmayaraq, bu alov işğalçıların yaratdığı dövlətciklər arasında yanmağa davam edir və bu, milyonlarla müsəlmanın həyatı bahasına başa gəlir" deyilir.
 
 Sykes-Picot Müqaviləsi nəticəsində İslam ölkələrinin gerilədiyi bildirilən açıqlamada:"Misir hazırda və xüsusilə, son 64 ildə bu vəziyyətin ən yaxşı şahididir" ifadələrinə yer verilir.



Әlaqәli Xәbәrlәr