"Sykes-Picok (Says-Piko) müqavilǝsi”nin 100-cü ildönümü

Vaşinqtonda “100-cü illiyindǝ Sykes-Picok müqavilǝsi” (Says- Piko sazişi) paneli keçirilib.

492501
"Sykes-Picok (Says-Piko) müqavilǝsi”nin 100-cü ildönümü

Vaşinqtonda “100-cü illiyindǝ Sykes-Picok müqavilǝsi” (Says- Piko sazişi) paneli keçirilib.

ABŞ-ın paytaxtı Vaşinqtonda tǝşkil edilǝn “100-cü illiyindǝ Sykes-Picok müqavilǝsi: Müasir Orta Şǝrq xǝritǝsini yenidǝn düşünmǝk” mövzulu paneldǝ  çıxış edǝn müxǝtǝssislǝr “bu müqavilǝnin qeyri-tǝbii sǝrhǝdlǝr ortaya çıxardığı vǝ bugün belǝ daimi hǝll yolu tapıla bilmǝyǝn problemlǝrǝ sǝbǝb olduğu” barǝdǝ hǝmfikir olublar.

Etibarlı beyin mǝrkǝzlǝrindǝn Amerika Tǝşǝbbüs İnstitutunda keçirilǝn panelǝ Xarici Әlaqǝlǝr Komitǝsindǝn Elliot Abrams, ABŞ-ın sabiq İraq vǝ Suriya sǝfirlǝrindǝn Ryan Kroker, Miami Universitetindǝn Adeed Davişa vǝ Vaşiqnton Yaxın Şǝrq Araşdırmaları İnstitutundan Olivır Dekotings mǝruzǝçi kimi qatılıb.

Abrams  “Sykes-Picok müqavilǝsi”nin bölgǝdǝki ǝsas ǝhalini yox etmǝdiyini, sadǝcǝ bunların arasına “qeyri-tǝbii” sǝrhǝdlǝr qoyduğunu bildirǝrǝk, xüsusilǝ sünni-şiǝ gǝrginliyinin ǝsas mübahisǝ mövzusu olacağını ifadǝ edib.

Müqavilǝnin 100-cü illiyindǝ Obama rǝhbǝrliyinin Orta Şǝrqǝ istiqamǝtli yanaşmasının problemli olduğunu irǝli sürǝn Abrahms deyib ki, Suriyada yaşananlar bir gecǝdǝ olmadı, bunların baş verǝcǝyi bǝlli idi amma Vaşinqton oturub bunları izlǝdi.

Davişa isǝ Orta Şǝrqdǝ hǝr zaman parçalanmaların olduğunu düşünmǝyin anaxronizm bir yanaşma olduğunu söylǝyib.

Sabiq diplomat Krokır da “Sykes-Picok müqavilǝsi”nin bölgǝdǝki tarazlığı pozmaqdan başqa işǝ yaramadığını söylǝyib.

Qeyd edǝk ki, Birinci Dünya Müharibǝsi zamanı 1916-cı il mayın 16-da Britaniya vǝ Fransada arasında qǝbul edilǝn vǝ Osmanlı Dövlǝtinin Orta Şǝrqdǝki torpaqlarının paylanmasını nǝzǝrǝ alan gizli müqavilǝ Sykes-Picot Rusiyada hǝyata keçirilǝn “1917 Bolşevik inqilabı”ndan sonra çar diplomatiyasının gizli sǝnǝdlǝrinin açıqlanması ilǝ ortaya çıxmışdır.



Әlaqәli Xәbәrlәr