Əsəd rejimi Türkməndağını toplarla atəşə tutur

Əsəd rejimi Türkməndağını toplarla atəşə tutur

490257
Əsəd rejimi  Türkməndağını toplarla atəşə tutur

Əsəd rejimi Suriyanın Lazkiye bölgəsində yerləşən Türkməndağını toplarla atəşə tutur.
 
 Rejim güclərinin dünən Yamadı kəndi və ətrafına başladığı hücum axşam saatlarında da davam etdi.
 
 Bu gün bölgəyə yenidən hücuma keçən rejim qüvvələri Ciptoros və Kelez kəndlərini raket və artilleriya topları ilə atəşə tutdu.

 Bölgədəki partlayış səsləri Yayladağı qəsəbəsində də eşidilir.
 

 Amerika Birləşmiş Ştatları ilə Rusiyanın Suriyanın Dəməşq və Lazkiye şəhərlərində münaqişələrin dayandırılması barədə razılaşmasından sonra Türkmendağı və Cəbəl Ekradda aprelin 30-dan etibarən davam edən sükut dünən pozulmuşdu.



Әlaqәli Xәbәrlәr