Mişel Temer Braziliyaya rəsmi olaraq rəhbərlik edir

Braziliyada prezident vəzifəsini icra edən Mişel Temer rəsmi olaraq ölkəyə rəhbərlik etməyə başlayıb.

490039
Mişel Temer Braziliyaya rəsmi olaraq rəhbərlik edir

Braziliyada prezident vəzifəsini icra edən Mişel Temer rəsmi olaraq ölkəyə rəhbərlik etməyə başlayıb.

İlk çıxışında birlik və bərabərlik mesajı verən müvəqqəti Dövlət başçısı Parlamentdəki islahatları davam etdirəcəyini bildirib.

Temerin çıxışından əvvəl nazirlər kabinetinin 21 üzvü kameralar qarşısında imza ataraq vəzifələrinin icrasına başlayıb.

Braziliyada müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan prezident Dilma Russeff isə mühakimə olunması üçün atılan addımları çevriliş olaraq dəyərləndirir. Ötən gün Senatda keçirilən səsvermədən sonra Dilma Ruseff dövlət televiziyasında çıxış edib. O, heç bir cinayət törətmədiyini və atılan addımların ona qarşı çevriliş olduğunu bildirib. 

Braziliyanın ilk qadın prezidenti olan Dilma Russeff özünü müdafiə etmək üçün bütün mümkün hüquqi yollardan istifadə edəcəyini  vurğulayıb.

"Səhvlər etmiş ola bilərəm amma cinayət törətməmişəm" deyən Rousseff, 14 dəqiqə davam edən çıxışı zamanı danışmaqda çətinlik də çəkib. 

Russefin aqibəti 180 gün sonra bəlli olacaq.

Məhkəmə Russeffi təqsirli biləcəyi təqdirdə Mişel Temer 2018-ci ildə keçiriləcək seçkilərə qədər Dövlət başçısı postunda qalacaq.

 



Әlaqәli Xәbәrlәr