Hindistan son illərin ən ciddi quraqlığı ilə üz-üzədir

Ölkə əhalisinin təqribən dörddə biri (330 milyon) quraqlıq səbəbindən qida və içməli su sarıdan korluq çəkir.

490287
Hindistan son illərin ən ciddi quraqlığı ilə üz-üzədir


  
 Su resurslarından yanlış istifadə, korrupsiya və yetərli maliyyə imkanlarının olmaması nəticəsində ölkədə 77 milyon insan təmiz su problemi yaşayır.
 
 Quraqlıq problemi daha da böyüdüb.
 
 Ölkənin bir çox əyaləti "fəlakət zonası" elan edilib.
 
 Hökumət 200 milyon dollarlıq yardım fondu yaradıb.
 
 Xüsusilə, kənd əhalisinə mənfi təsir edən quraqlıq kəndliləri qida və su tapmaq üçün kəndlərini tərk etməyə məcbur edib.
 
 160 min kəndin quraqlıqdan əziyyət çəkdiyini bildirilir.
 
 Quraqlığın artması xalq və hakimiyyət arasında gərginliyi də artırıb.
 
 Hökumət kəndlilərin bəndlərdən su oğurlamasının qarşısını almaq üçün hərbi birliklər göndərir
 
 Xalq ümidlə iyun ayında baslayacaq musson yağışlarını gözləyir.



Әlaqәli Xәbәrlәr