Tunisdə terrora qarşı ǝmǝliyyatlar hǝyata keçirilir

Terrorun hədəfindəki ölkələr arasında olan Tunisdə, terrora qarşı ǝmǝliyyatlar hǝyata keçirilir.

489185
Tunisdə terrora qarşı ǝmǝliyyatlar hǝyata keçirilir

Daxili İşlər Nazirliyinin açıqlamasına görǝ təhlükəsizlik qüvvələrinin ǝmǝliyyatı əsnasında, şübhəlilərdən birinin üzərindəki partlayıcını partladması nǝticǝsindǝ 4 polis həyatını itirib. Baş verǝn qarşıdurmada bir terrorist dǝ öldürülüb.

Paytaxt Tunisin yaxınında terroristlǝrin qizlǝndiklǝri bir evǝ təşkil edilən əməliyyat əsnasında da 2 şübhəli öldürülüb.

Ariana şəhərindəki əməliyyatlarda isǝ 16 nǝfǝr saxlanıb. Çox sayda silah-sursat ələ keçirilib.

Xatırladaq  ki,  Mart ayında, Tunis-Liviya sərhədində yerlǝşǝn  Medenin şəhərinin Bingirdan  rayonundakı  hərbi hədəflərə təşkil edilən hücumda 7  nǝfǝr  həyatını itirərkən, 35 terrorist   dǝ mǝhv  edilmişdi.

Ötǝn il dǝ terror tǝşkilatı DEAŞ-ın Milli Bardo Muzeyi və Sousse (SUSA) şəhərindəki bir otelǝ tǝşkil etdiyi hücum nǝticǝsindǝ 60 nǝfǝr hǝyatını itirmişdi.

Xüsusilə Liviyadakı sabitliksizlikdən təsirlənən Tunis, bu ölkə ilə sərhədində təhlükəsizlik tədbirlərini güclǝndirmişdi.



Әlaqәli Xәbәrlәr