Stephen O'Brien: "Suriya hökumətinin hədəfi vətəndaşlarını cəzalandırmaqdır"

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Baş katibinin müavini və Fövqəladə Hallar koordinatoru  Stephen O'Brien Suriya rejiminin may ayında BMT-nin 34 konvoy müraciətindən yalnız 14-ə müsbət cavab verdiyini qeyd etdi.

499291
Stephen O'Brien: "Suriya hökumətinin hədəfi vətəndaşlarını cəzalandırmaqdır"


  Stephen O'Brien BMT Təhlükəsizlik Şurasında keçirilən Suriyaya humanitar yardım mövzusundakı toplantıya video konfrans vasitəsilə bağlanaraq, son vəziyyət barədə məlumat verdi.
 
 Ölkə daxilində 592 min 700 insanın mühasirə altında yaşadığını bildirən O'Brien bunların böyük əksəriyyətinin rejim qüvvələrinin mühasirəsində olduğunu dedi.
 
Suriya hökumətinin BMT-nin ehtiyac sahiblərinə əlçatma qabiliyyətini ciddi surətdə azaltdığını dilə gətirən  O'Brien: "Suriya hökuməti hədəflənən əhalinin 40%-dən çoxuna əsas ehtiyaclarının çatdırılmasının qarşısını alır" ifadələrini işlətdi.
 
 Rejimin keçidinə icazə verdiyi bir çox konvoydan tibbi ləvazimatların və uşaq yeməklərinin çıxarmasını da tənqid edən O'Brien: "Bu mövqenin vətəndaşların cəzalandırılmasının hədəfləndiyindən başqa izahı yoxdur" dedi.



Әlaqәli Xәbәrlәr