Ancelina Coli 12 uşaqlı bir ailəyə yardım əlini uzatdı

Oskar mükafatı almış amerikalı aktrisa və rejissor Ancelina Coli Kambocada 12 uşaqlı bir ailəyə yardım əlini uzatdı.

489650
Ancelina Coli 12 uşaqlı bir ailəyə yardım əlini uzatdı

 "Daily Mail" qəzetinin xəbərinə görə, ötən il Coli rejissorluğunu etdiyi "First They Killed my Father" ("Əvvəl atamı öldürdülər") filmi ilə bağlı ailəsi ilə birlikdə Kambocaya səfər edib.
 
 Colinin qızları Şilo və Zahara Siem Reap şəhərində bir ailə ilə tanış olaraq qısa müddətdə dostlaşıblar. 
 
 Coli və aktyor həyat yoldaşı Bred Pitt evlərinə getdikləri və xeyriyyə qurumlarının payladığı ərzaqla yaşamağa çalışan ailəyə yardım etməyə qərar veriblər.
 
 Cütlük ailənin məktəbli yaşlarında olan 8 uşağını ölkənin ən yaxşı məktəblərdən biri olan və həm İngilis, həm də Kambocanın rəsmi dili khmer dilində təhsil verən Nyu York Beynəlxalq Özəl Məktəbinə veriblər və bütün xərclərini üzərlərinə götürüblər.



Әlaqәli Xәbәrlәr