Pan Gi Mun hesabat tǝqdim edib

BMT-nin Baş katibi Pan Gi Mun "Təhlükəsizlik və ləyaqət şəraitində: qaçqın və köçkünlərin böyük qruplarının hərəkət probleminin həlli" adlı hesabat təqdim edib.

487891
Pan Gi Mun hesabat tǝqdim edib

BMT-nin Baş katibi Pan Gi Mun "Təhlükəsizlik və ləyaqət şəraitində: qaçqın və köçkünlərin böyük qruplarının hərəkət probleminin həlli" adlı hesabat təqdim edib.

Hesabatda qaçqın və köçkünlərin müdafiəsi və rifahının yaxşılaşdırılması üçün kollektiv tədbirlər üzrə tövsiyələr yer alıb.

Hesabatda qeyd olunub ki, son 15 il ərzində beynəlxalq miqrantların sayı 40% artıb. Yarısı uşaq olmaqla 60 milyondan artıq insan zorakılıq və ya zülmdən qaçıb, indi qaçqın və ya məcburi köçkündürlǝr.

Son məlumatlara görə, artıq miqrantların sayı 244 milyon nəfərə çatıb.

Hesabatda dünya üzrə bütün qaçqın və köçkünlərin təxminən 90 faizinin inkişaf etməkdə olan ölkələrdə sığınacaq tapdığı mǝlumatı yer alıb. Səkkiz ölkənin payına dünya üzrə qaçqınlar ümumi sayının yarıdan çoxu düşür. Qaçqınların çətin vəziyyətini aradan qaldırmaq üçün tələb olunan vəsaitin 75 faizini BMT büdcəsinə yatırılmasını cəmi on ölkə təmin edir.

BMT baş katibi miqrantların əsas kütləsinin istiqamətləndiyi ölkələri bu problemlə təkbətək qoymamağa çağırıb. O, hesabatında qaçqın və köçkünlərin taleyi üçün birgə məsuliyyət üzrə qlobal saziş bağlamağı da təklif edib.

BMT-nin başçısı mayın 23-24-də İstanbulda keçiriləcək Ümumdünya humanitar yardım sammitində üzv dövlətlərin qaçqın və miqrantlara kömək üçün üzərlərinə yeni öhdəliklər götürəcəyinə ümidvar olduğunu dilǝ gǝtirib.



Әlaqәli Xәbәrlәr