Fransa Milli Məclis Sədrinin Müavini Denis Baupin istefa verdi

Fransa Milli Məclis Sədrinin Müavini Denis Baupin barəsində qaldırılan cinsi təcavüz iddiaları səbəbindən istefa verdi.

488117
Fransa Milli Məclis Sədrinin Müavini Denis Baupin istefa verdi

 Eyni günahlandırma səbəbindən keçən ay Yaşıllar Partiyasından istefa verən Baupin deputatlığa  davam edəcək.
 
Fransa İnşaat naziri Emmanuelle Cossenin  həyat yoldaşı olan Denis Baupin barəsində Paris Prokurorluğu tərəfindən ilkin istintaq aparılır. Fransız siyasətçisi haqqındakı ittihamları rədd edir.
 
 Qeyd edək ki, Baupin mart ayında sosial mediada qadına şiddət kampaniyasına dəstəyini göstərmək üçün qırmızı pomada sürtərək poza vermişdi.
 
 Fransız siyasətçi 2012-ci ildə də qadına qarşı zorakılıq və təcavüzə cəzanı nəzərdə tutan qanun layihəsinə dəstək vermişdi.
 
 Baupinin Məclis Sədri Claude Bartolonenun təzyiqi nəticəsində istefa verdiyi təxmin olunur.



Әlaqәli Xәbәrlәr