DEAŞ terror qruplaşmasının daha bir lideri öldürüldü

Xarici media vasitələri daha bir DEAŞ liderinin- Əbu Vahibin öldürülməsi barədə xəbər yayıblar.

488101
DEAŞ  terror qruplaşmasının daha bir lideri öldürüldü

Əbu Vahibin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbəsi nəticəsində öldürülməsi barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk məlumat verib.

 Piter Kukun sözlərinə görə, Əbu Vahiblə yanaşı üç nəfər yaraqlı da həlak olub. Kuk onu da bildirib ki, öldürülən Əbu Vahid DEAŞ-in “önəmli lider”lərindən biri olub.

 



Әlaqәli Xәbәrlәr