Şimali Koreya: “təhdid olmadıqca, nüvə silahı istifadə olunmayacaq”

Şimali Koreyada, 36 il aradan sonra İşçi Partiyasının təşkil edilən 7-ci Qurultayında, “təhdid olmadıqca, nüvə silahı istifadə olunmayacaq” deyə bəyan edilib.

487157
Şimali Koreya: “təhdid olmadıqca, nüvə silahı istifadə olunmayacaq”

Ölkənin rəsmi xəbər agentliyinin verdiyi xəbərə görə, Pxenyan  rəhbərliyi, nüvə silah tutumunun inkişaf etdirilməsini də qərara alıb.  

Şimali Koreya lideri Kim Jong da  Qurultayda ötən həftəki çıxışı zamanı "Ölkəmizə hücum olmayacağı müddətdə nüvə silahından istifadə etməyəcəyik" demişdi.

Bundan başqa 33 yaşlı Kim Jong, nüvə silahların dünya səviyyəsində ixtisarını və  düşmən ölkələrlə də əlaqələri normallaşdırmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, rəsmi Pxenyan, ABŞ və Cənubi Koreyanı, daha əvvəl dəfələrlə, nüvə hücumu təşkil etməkdə təhdid etmişdi.

Şimali Koreyanın yanvar ayında keçirdiyi nüvə sınağından sonra BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya sərt sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qərar layihəsi qəbul etmişdi.

Bu arada, Şimali Koreya, Qurultayı işıqlandıran BBC-nin Pxenyandakı müxbirini  ölkənin nüfuzuna kölgə salmaqda ittiham edərək deportasiya edib.  

Qurultay  üçün dəvət olunan 100-ə yaxın xarici jurnalistin fəaliyyətinǝ, səlahiyyətlilər tərəfindən nəzarət olunur.

 

 



Әlaqәli Xәbәrlәr