Dövlət Başçısı Kim Jong Un partiya lideri olub

Şimali Koreyada iqtidardakı İşçi Partiyasının 36 il sonra toplanan Qurultayında Dövlət başçısı Kim Jong Un, partiya lideri olub.

487328
Dövlət Başçısı Kim Jong Un partiya lideri olub

Şimali Koreyada iqtidardakı İşçi Partiyasının 36 il sonra toplanan Qurultayında Dövlət başçısı Kim Jong Un, partiya lideri olub.ının 36 il sonra toplanan Qurultayında Dövlət başçısı Kim Jong Un, partiya lideri olub.

Parlament sədri Kim Yong-Nam paytaxt Pxenyandakı 25 Aprel Mədəniyyət Mərkəzində minlərlə nümayəndənin iştirakı ilə təşkil edilən Qurultayda partiya daxili təyinatları oxuyarkən Kim Jong-Un üçün ilk dəfə "partiya lideri" ifadəsini işlədib.

Üzvlər partiya lideri elan edildikdən sonra səhnəyə çıxan Kimi uzun müddət ayaqda alqışlayıb.

Kimin babası və Şimali Koreyanın qurucusu Kim II Sung 1994-cü ildə ölməsinə baxmayaraq ölkənin "ölümsüz lideri" və partiyanın lideri hesab edilirdi.  

Bu arada Qurultayda  "təhdid olmadıqca, nüvə silahı istifadə olunmayacaq” deyə bəyan edilib. 

Ölkənin rəsmi xəbər agentliyinin verdiyi xəbərə görə, Pxenyan  rəhbərliyi nüvə silah tutumunun inkişaf etdirilməsini də qərara alıb. 

Şimali Koreya lideri Kim Jong da  Qurultayda ötən həftəki çıxışı zamanı "Ölkəmizə hücum olmayacağı müddətdə nüvə silahından istifadə etməyəcəyik" demişdi.

Bundan başqa 33 yaşlı Kim Jong nüvə silahların dünya səviyyəsində azaldılmasını və  düşmən ölkələrlə də əlaqələri normallaşdırmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, rəsmi Pxenyan ABŞ və Cənubi Koreyanı daha əvvəl dəfələrlə nüvə hücumu təşkil etməkdə təhdid etmişdi.

Şimali Koreyanın yanvar ayında keçirdiyi nüvə sınağından sonra BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya sərt sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qərar layihəsi qəbul etmişdi.

Bu arada Şimali Koreya Qurultayı işıqlandıran BBC-nin Pxenyandakı müxbirini  ölkənin nüfuzuna kölgə salmaqda ittiham edərək deportasiya edib. 

Qurultay  üçün dəvət olunan 100-ə yaxın xarici jurnalistin fəaliyyəti səlahiyyətlilər tərəfindən nəzarət olunur.



Әlaqәli Xәbәrlәr