Avropada sərhəd gərginliyi artır

İtaliya ilə Avstriya arasındakı Brennero Sərhəd keçid məntəqəsindən təhlükəsizlik güvvələri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb.

486807
Avropada sərhəd gərginliyi artır

Qatar stansiyası ətrafında nümayişçilərin polisə daş, şüşə, və səs bombaları atmasına təhlükəsizlik güvvələri göz yaşartıcı qaz ilə cavab verib.

İtaliya mətbuatına əks olunan xəbərlərə görə baş verən hadisələrdə 4 təhlükəsizlik işçisi yaralanıb, onlarla insan polis tərəfindən saxlanılıb, bir polis avtomobili yararsız hala gətirilib.  

Nümayişçilərin Brennero qatar stansiyasında relslər üzərində hərəkət etdiklərinə görə qatarlar bir müddət stansiyaya yaxınlaşa bilməyib.  

Bu arada Avstriyanın miqrant axınının qarşısını almaq üçün sərhəddəki keçid məntəqələrini artırmağı və gömrük qapısına divar hörməyi gündəmə gətirməsinə, İtaliya sərt reaksiya verib. İtaliya, Avstriyanın planlarının sərhədi bağlamaq olduğunu,  bunun isə Avropa İttifaqı qaydaları ilə  ziddiyət təşkil etdiyini bildirir.  

Avropa İttifaqı  Komissiyasının sədri Jan Kloud Yunker də Avstriyanın sərhədi bağlamasının "Avropa üçün siyasi bir fəlakət" ola biləcəyini söyləyib.

Makedoniya-Yunanıstan sərhədində isə, Makedoniyaya qeyri-qanuni yollarla daxil olan 60 miqrant saxlanılıb. 

 



Әlaqәli Xәbәrlәr