ABŞ-ın əksər əhalisi Rusiyanın təhlükəli olduğunu hesab edir

"CNN" telekanalının və "ORC" təhqiqat xidmətinin birgə sosioloji sorğusunun nəticələri göstərib ki, ABŞ-ın əksər əhalisi Rusiyanı ölkə ücün təhlükəli olduğunu hesab edir.

485950
ABŞ-ın əksər əhalisi Rusiyanın təhlükəli olduğunu hesab edir

Sorğuya əsasən, 21 % əhali Rusiyanı ABŞ üçün "çox ciddi təhlükəli" qəbul edir, 40 % təhlükəni "orta ciddi" şəkildə görür, 22 % isə "cüzi" sayır. Amerika vətəndaşlarının yalnız 15 %-i Rusiyada heç bir təklükə görmür.

Amerikalılar ən çox (73 %) təhlükəni DEAŞ qruplaşmasında görür. Bu terror təşkilatını amerikalılar "ən yüksək təhlükə" mənbəyi kimi qəbul edirlər.

Sorğu 28 aprel - 1 may tarixində telefon vasitəsi ilə keçirilib.

Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, ölkə təhlükəsizləyinə əsas qlobal strateji təhdidlər siyahısında Rusiya birinci yerdədir. Siyahıda Rusiyadan sonra Çin, Şimali Koreya, İran və terrorçuluq durur.



Әlaqәli Xәbәrlәr