Pentaqon DAEŞ liderlərindən Əbu Saad əl Sudaninin öldürüldüyünü açıqladı

Terror təşkilatı DAEŞ hər keçən gün daha bir zərbə alır.

485605
Pentaqon DAEŞ liderlərindən Əbu Saad əl Sudaninin öldürüldüyünü açıqladı

Amerika Müdafiə Nazirliyi Pentaqon təşkilatın rəhbərlərindən olan Əbu Saad əl Sudani və yoldaşının aprelin 22-də Suriyanın şimalında təşkil edilən bir hava hücumunda öldürüldüyünü açıqladı.

Pentaqonun açıqlamasında Sudaninin DAEŞ-in xarici ölkələrdə hücum planlayıcılarından biri olduğu ifadə edilir.

Sudaninin Amerika Birləşmiş Ştatları, Kanada və İngiltərədəki nöqtələri ilə əlaqəli olduğu təxmin olunur.

Qeyd edək ki, Rus xəbər kanalı "Russia Today" də həftənin ilk günlərində təşkilatın ikinci adı Əbu Əli əl Anbarinin öldürüldüyü xəbərini yaymışdı.

Mart ayında isə DAEŞ-in maliyyə işlərindən məsul olan Abdurrahman Mustafa Əl Kaduli və hərbi əməliyyatlardan məsul olan Ömər Şişaninin öldürüldüyü açıqlanmışdı.

 



Әlaqәli Xәbәrlәr