ABŞ tǝrǝfdaşlarına dǝstǝyi artıracaq

Bu barǝdǝ  ABŞ Müdafiǝ naziri Eşton Karter  bildirib.

484332
ABŞ tǝrǝfdaşlarına dǝstǝyi artıracaq

Amerika Birləşmiş Ştatlarının  Müdafiə naziri Eşton Karter  ABŞ rəhbərliyinin DEAŞ-la mübarizədə tərəfdaşlarına dəstəyi artıracağını bildirib.

Eşton  Karter Vaşinqton rəhbərliyinin DEAŞ-a qarşı  mübarizəni  gücləndirəcəyini  qeyd edərək, tərəfdaşlarına  daha çox silah vǝ  maddi-texniki dəstək verəcǝklǝrini bildirib.

Eşton Karter Almaniyanın  Ştutqard şǝhǝrindǝki ABŞ Avropa  Komandanlığında  DEAŞ-a qarşı hǝrbi mübarizǝyǝ  qoşulan  ölkǝlǝrin  müdafiǝ nazirlǝri ilǝ bir araya gǝlib.

 İclasda  Almaniya, Fransa, İtaliya, Danimarka, İngiltərə, Hollandiya, İspaniya, Norveç, Avstraliya, Kanada və Yeni Zelandiyanın  müdafiə nazirləri iştirak edib.

 Toplantıdan sonra  mətbuata açıqlama verən Karter  NATO-nun da DEAŞ ilə mübarizəyə daha çox töhfə verəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr