Əsəd rejiminin DEAŞ ilə əməkdaşlığına dair sənədlər üzə çıxdı

SKY News televiziyası Suriyada Bəşər Əsəd rejimi ilə terror təşkilatı DEAŞ arasındakı əməkdaşlığı ortaya qoyan sənədləri ələ keçirdi.

483674
Əsəd rejiminin DEAŞ ilə əməkdaşlığına dair sənədlər üzə çıxdı

  SKY News Türkiyə müxbiri Stuard Rəmzinin keçmiş DEAŞ üzvlərindən əldə etdiyi sənədlərdə Əsəd rejimi ilə təşkilat arasındakı əməkdaşlıq və əlaqə açıq şəkildə görünür.

  Sənədlərdə DEAŞ-ın Əsəd rejimindən kənd təsərrüfatı məhsulları qarşılığında neft aldığı, bəzi bölgələrdəki qüvvələrini azaldaraq o bölgələrin rejim tərəfindən ələ keçirilməsini asanlaşdırdığı bəlli olur.

  Sənədlərdə DEAŞ-ın Tedmurdan çəkilərək bölgəni Əsəd rejiminə təslim etməsi ən mühüm hadisələrdən biri kimi ön plana çıxır.

  Qərb ölkələrində törədilən aksiya və hücumlar haqqında məlumatlar ehtiva edən sənədlərdə DEAŞ-ın əcnəbi terrorçulara qərb ölkələrində terror törətmək üçün bu ölkələrin faktı öyrənməsindən daha əvvəl təlimlər keçdiyi bildirilir.

    SKY Newse görə, bu məlumatların mənbəyini Rakka şəhərində Azad Suriya Ordusu sıralarında döyüşən, lakin DEAŞ-ın  regionu ələ keçirməsindən Türkiyə sərhədlərinə yaxın yerlərdə passiv şəkildə yaşayan DEAŞ üzvləri təşkil edir.



Әlaqәli Xәbәrlәr