Obama Əsəd rejimini münaqişələrin dayandırılması barədə müqaviləyə əməl etməyə çağırdı

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama təhdid yaratması səbəbilə Suriya haqqında elan edilən "milli fövqəladə vəziyyət”in müddətini uzadaraq, Əsəd rejimini münaqişələrin dayandırılması barədə müqaviləyə əməl etməyə çağırdı.

483706
Obama Əsəd rejimini münaqişələrin dayandırılması barədə müqaviləyə əməl etməyə çağırdı

  Obama Nümayəndələr Palatası və Senata məktub göndərərək, Suriya haqqında 2004-cü ildə elan edilən və sonrakı illərdə bir neçə dəfə yenilənən “milli fövqəladə vəziyyət”in müddətini uzatdığını bildiridi.

  Amerika prezidenti məktubunda, rejimin azadlığa və ölkədə bütün siyasi partiyaların  təmsil olunduğu bir hökumətin yaranmasını tələb edən Suriya xalqına qarşı apardığı amansız müharibənin, xalqı təhlükəyə məruz qoyması ilə yanaşı, bölgədə stabilliyi pozduğunu bildirdi.

  Obama: “Suriya rejiminin kimyəvi və bioloji silahları tətbiq edən, terror təşkilatlarını dəstəkləyən və Livan hökumətinin fəal işləməsinə maneçilik törədən aktları və siyasətləri ekstremizm və məzhəbçiliyi təbliğ etməklə yanaşı, ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına fövqəladə dərəcədə təhlükə törədir. Bu səbəblərdən “milli fövqəladə vəziyyət”in və bununla bağlı sanksiyaların davam etməsinin zəruriliyini təsbit etdim" ifadəsindən istifadə etdi.

  ABŞ-ın rejimin tətbiq etdiyi amansız zorakılığı və insan haqlarını pozmasını qınadığını vurğulayan Obama:“ABŞ  Əsəd rejiminə amansız müharibəni dayandırmağa, münaqişələrin dayandırılması haqqında müqaviləyə əməl etməyə, humanitar yardımların çatdırılmasını təmin etməyə və daha çox demokratiya, azadlıq və ədalətə gedən bir gələcək təmin edəcək siyasi keçidə icazə verməyə çağırır"dedi.

  Obama “milli fövqəladə vəziyyət”ə davam etdirmək, və ya ona son vermə qərarında Suriya hökumətinin formalaşması, siyasətləri və hərəkətlərini təqib edəcəyini qeyd etdi.

  Bu arada, ABŞ Dövlət Katibi John Kerry də, gündəlik mətbuat konfransında avqustun 1-dək Suriyada keçid prosesinin başlamasını istədiklərini bildirərək, gələn bir neçə ay içərisində siyasi keçidin baş tutmaması halında "fərqli bir həll" in tapılması barədə danışdı.

  Suriya rejiminin Hələb ətrafında xəstəxanaları hədəfə almasını da qınayan Kerry:  "Bu növ hücumları kimin etdiyindən asılı olmayaraq qınayırıq. Suriyadakı bütün tərəflərin tezliklə zorakılığa son qoyaraq məsuliyyətli olmalarını tələb edirik "dedi.

  Əsədin münaqişələrin dayandırılması haqqlnda müqaviləyə əməl etməsini tələb etdiklərini i bildirən Kerry, əks təqdirdə bunun çox böyük əks-sədaları olacağını, bunlardan birinin də müqavilənin tamamilə sonlandırılması və müharibənin yenidən başlanması olduğunu qeyd etdi.

 

 



Әlaqәli Xәbәrlәr