İngiltərə Hələbdəki vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasını toplantıya çağırıb

İngiltərə Əsəd rejimi və Rusiya döyüş təyyarələrinin hədəfində olan Hələbdəki vəziyyəti müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını toplantıya çağırıb.

483956
İngiltərə  Hələbdəki vəziyyətlə əlaqədar  BMT-nin Təhlükəsizlik Şurasını toplantıya çağırıb

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft, Şurada etdiyi çıxışda "Hələbdə çox sayda vətəndaş həyatını itirir.  Bu səbəblə Hələbdəki vəziyyəti müzakirəetmək üçün BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırırıq" deyə bildirib.

Raykroft, yığıncağın açıq keçirilməsini və BMT Baş katibinin son vəziyyətlə bağlı Şuranı məlumatlandırmasını istədiklərini də qeyd edib.

Fransa, ABŞ və Ukrayna, İngiltərənin tələbinə dəstək verdiklərini açıqlayıblar.

BMT Təhlükəsizlik Şurası isə toplantının keçirilmə zamanını açıqlamayıb. 

Bu arada, Hələbdə müxaliflər, Əsəd güvvələrinin qərargah olaraq istifadə etdiyi binanı bombalayaraq 30  əsgəri öldürüb, bölgədə strateji əhəmiyyətli 3 nöqtənin idarəsini ələ keçirib.

Məlumata əsasən qarşıdurmalarda müxaliflər bir neçə hərbi texnikanı məhv edib.  Leyramun, Bəni Zeyd və Raşidin bölgələrində müxaliflərə hücum edən Əsəd quvvələri itki verərək geri çəkilib.

Cəmiyyət əz-Zəhra səmti ətrafında şiddətli qarşıdurmalar zamanı, rejimə məxsus döyüş təyyarələri də bölgədəki müxaliflərin mövqelərini bombalayıb.



Әlaqәli Xәbәrlәr