Almaniya Federal Statistika İdarəsinin hesabatı

İdarənin 2016-ci ilin ictimai hesabatına görə, Almaniyada yaşayan miqrantların orta hesabla təhsil və iş səviyyələri, almanlarla müqayisədə daha aşağıdır.

484041
Almaniya Federal Statistika İdarəsinin hesabatı

Almaniyada yaşayan hər beş nəfərdən biri mühacirdir. Federal Statistika İdarəsinin Berlindəki araşdırması, miqrasiya faktorunun gəlir və müvəffəqiyyət məsələlərində nə qədər təsirli olduğunu göstərir.

İdarənin 2016-ci ilin ictimai hesabatına görə, Almaniyada yaşayan miqrantların orta hesabla təhsil və iş səviyyələri, almanlarla müqayisədə daha aşağıdır.

Mühacirlər yoxsulluq təhlükəsi ilə daha çox qarşı-qarşıya qalır.

400 səhifəlik hesabat 2014-ci ildə aparılan araşdırmalara görə hazırlanıb.

Məlumata əsasən 15-64 yaş arası miqrantların 65%-i işlədiyi halda, almanlarda bu rəqəm 76%-ə çatır.  

Ən böyük fərq isə qadınlar arasındadır. Miqrant qadınların 37% -i işləmədiyi halda, miqrant olmayan qadınlarda bu rəqəm 27%-dir.

Hesabatda təhsili olan mühacirlərin daha az işsiz olduğu və yoxsulluq təhlükəsi ilə daha nadir hallarda qarşı-qarşıya qaldıqları bildirilir.

Araşdırmalardan çıxan ən əhəmiyyətli nəticə, "Mühacirlərin cəmiyyətə uyğunlaşması üçün təhsilin vacib olması"dır.

Bundan başqa hesabatda o da qeyd olunur ki, miqrantlar həyata daha ümidlə baxır, yaşayış səviyyələri və büdcələri daha aşağı olsa da daha məmnun həyat sürürlər.

Qeyd edək ki, Federal Statistika İdarəsi Berlindəki Sosial Araşdırmalar Elm Mərkəzi və Federal Siyasi Təhsil Mərkəzi ilə birlikdə hazırladığı hesabatı, hər iki ildən bir açıqlayır.



Әlaqәli Xәbәrlәr