"75 milyon uşaq, təcili təhsil dəstəyinə möhtacdır"

UNICEF, böhran bölgələrində yaşayan vǝ məktəbǝ başlayacaq yaşda olan 75 milyon uşağın, təcili təhsil dəstəyinə möhtac olduğunu bildirib.

484019
"75 milyon uşaq, təcili təhsil dəstəyinə möhtacdır"

UNICEF-in mövzu ilǝ ǝlaqǝli hesabatında qeyd edilib ki, 23-24 Mayda İstanbulda keçiriləcək Dünya Humanitar sammitində “Təhsil tǝxirǝ salına bilmǝz” başlığıyla, təcili təhsil fondunun tǝqdimatı olacaq.

UNICEF, beş il ǝrzindǝ toplanması proqnozlaşdırılan 4 milyard dollarlıq fondun 13,6 milyon dollarlıq hissǝsini uşaqlara təcili vəziyyətlərdə təhsil dəstəyi məqsədiylə istifadə edǝcǝk.

Hesabata görə, sayları 462 milyona çatan 3 ilə 18 yaş arasındakı uşaqların 25% humanitar böhranlardan təsirlənən ölkələrdə yaşayır.

Suriyada beş ildir davam edən vətəndaş müharibəsi nǝticǝsindǝ 6 min məktəbin yıxıldığı, Ukraynanın şərqindəki qarşıdurmalarda isǝ məktəblərin beşdə birinin zərər gördüyü və ya istifadə edilə bilməz hala aldığı bildirilir.



Әlaqәli Xәbәrlәr