Suriyada "Sükunət rejimi" tətbiq olunacaq

Suriya rejiminin Hələbin Bustan əl-Qəsr səmtindəki tibb mərkəzinə təşkil etdiyi hava hücumunda 5 nəfər həyatını itirdi, 25 nəfər yaralandı.

481181
Suriyada "Sükunət rejimi" tətbiq olunacaq

  Hücumda yaralananlar mülki müdafiə dəstələri tərəfindən bölgədən çıxarıldılar.

  Orduya məxsus döyüş təyyarələri gün ərzində şəhərin ayrı-ayrı bölgələrini bombaladı.

 Qeyd edək ki, Dünən Suriya döyüş təyyarələrinin Hələbə etdiyi hava hücumlarında 11 nəfər həyatını itirib, 35 nəfər yaralanıb. Şəhərin  Din İşləri üzrə Şurası- “Şəri Heyət” son günlər intensivləşən hava hücumlar ısəbəbindən ilk dəfə xalqın cümə namazına getməməsi barədə məlumat verib.

  Rus ordusuna aid döyüş təyyarələrinin ötən gün Hələbdə müxaliflərin nəzarətində olan Sukeri səmtindəki Qüds səhra xəstəxanasına etdiyi hava hücumunda aralarında Hələbdəki yeganə uşaq həkiminin da olduğu 30 nəfər həyatını itirib, 62 nəfər yaralanıb.

   Türkiyə Xarici İşlər Nazirliyi Hələbin ən böyük qadın doğum və uşaq mərkəzi olan Qüds xəstəxanasına edilən hücumu şiddətlə qınadı.

   Nazirliyin təcavüz ilə əlaqədar açıqlamasında Suriya rejimi və Rusiyanın Cenevrədə siyasi keçid prosesi ilə bağlı keçirilən hər bir görüş zamanı bu hücumlarını daha da artırıldığı vurğulandı və bunun danışıqlara zərər vermək üçün şüurlu olaraq həyata keçirildiyi qeyd olun du.

 Xarici işlər Nazirliyinin açıqlamasında, uşaqları və qadınları hədəf alan bu hücumun bariz bir müharibə cinayəti olduğu bildirildi.

  Digər tərəfdən, Suriyada etibarlılığını itirən atəşkəs bu gecədən etibarən yenidən qüvvəyə mindi.

  “ Sükunət rejimi"nin  tətbiqi Lazkiyede 72 saat, Dəməşqdə isə 24 saat davam edəcək.

“ Sükunət rejimi" son bir həftədə ən ağır ziyanın yaşandığı Hələbdə tətbiq olunmur.

 



Әlaqәli Xәbәrlәr