İraqda terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyatlar hәyata keçirilib

İraqın Kərkük şəhərinə bağlı Türkmən Bəşir kəndinin terror təşkilatı DEAŞ-dan azad edilməsi istiqamәtindә əməliyyatlar başladılıb.

481459
İraqda terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyatlar hәyata keçirilib

 Kәrkükün cәnub cәbhәsindәki  pәşmәrgә komandiri Kamal Kәrküki Anadolu Agentliyinә verdiyi  açıqlamada: ‘‘DEAŞ-ın nәzarәtindәki  Bəşir  kәndininin  azad edilmәsi üçün   genişmiqyaslı   әmәliyyat  başladılıb. Kәndә yaxın  bir neçә  bölgә nәzarәt altına alınıb’’ deyib.

 ‘‘Әmәliyyatlar başlayandan etibarәn  bölgәdәki  DEAŞ  hәdәflәri  bombalanır. Çox sayda  terrorçu  geri çәkilib, qalanlar isә müqavimәt  göstәrmir’’ deyә Kamal Kәrküki sözlәrinә әlavә edib.

 Digәr tәrәfdәn  yerli mәnbәlәrin verdiyi  mәlumata görә,  әmәliyyatlarda  Haşdi Şabi  qüvvәsi dә iştirak edir.



Әlaqәli Xәbәrlәr