Hindistanda həddən artıq isti keçən havalar ən az 330 insanın həyatına son qoydu

Temperaturun mövsüm normalarından 4-5 dərəcə çox olduğu Hindistanda həyatını itirənlərin çoxu Telangana, Andhra Pradeş və Orissa ştatlarındandır.

481208
Hindistanda həddən artıq isti keçən havalar ən az 330 insanın həyatına son qoydu

Verilən məlumatlara görə, ölkənin bəzi bölgələrində yanğına səbəb olan qəzaların qarşısını almaq məqsədilə gün ərzində yemək bişirmək və dini ritualları yerinə yetirmək üçün atəş yandırılması  qadağan edilib.

 Maharashtra və Gujarat əyalətlərindəki çayların, göl və su anbarlarının quruduğunu bildirən rəsmilər yeraltı su ehtiyatlarının 22%  azaldığıni qeyd edirlər.

 Su ehtiyacını Musson yağışları ilə qarşılayan Hindistan son iki ildə susuzluqdan ciddi şəkildə əziyyət çəkir.

Qeyd edək ki, ötən il ölkənin cənubundakı Telangana və Andhra Pradeş ştatlarında olan hədsiz istilər səbəbindən 2 mindən çox adam həyatını itirmişdi.

 



Әlaqәli Xәbәrlәr