Amerika Birləşmiş Ştatları PYD-ni şiddətlə qınadı

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Sözçüsü  Mark Toner terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD tərəfindən öldürülən Azad Suriya Ordusu hərbçilərinin cəsədlərinin yük maşınının arxasına bağlayaraq Afrin küçələrində sürümə faktını qınadı

481194
Amerika Birləşmiş Ştatları PYD-ni şiddətlə qınadı

 

  Mark Toner gündəlik mətbuat konfransında Anadolu Xəbər Agentliyi müxbirinin verdiyi suala cavab olaraq Hələbin Tel Rifat qəsəbəsində olan PYD birlikləri ilə Azad Suriya Ordusu arasında baş verən münaqişədən sonra PYD-nin ölən müxaliflərin cəsədlərinə qarşı törətdiklərini dəyərləndirərək:

  "Bu növ davranışları tərəddüd etmədən şiddətlə qınayırıq. Belə davranışlar Qərbi Suriyadakı qruplar arasında gərginliyin artmasına səbəb olur" dedi.

  Toner ABŞ-ın Afrində olan kürdlərə dəstək vermədiyi barədə söylədiklərini təkrarladı.

  



Әlaqәli Xәbәrlәr