Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Burian Özbәkistana sәfәr edib

Avropa   İttifaqının  Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Burian  Özbəkistanda hәyata keçirdiyi görüşlәri çәrçivәsindә  XİN  rәhbәri  Abdulaziz Kamilov ilə bir araya gәlib.

481326
Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Burian Özbәkistana sәfәr edib

 Görüşdə Aİ ilə Özbəkistan arasındaki  ikitərəfli  münasibәtlәr  və Aİ-nın Orta Asiya ölkələri ilә әlaqәdar yeni əməkdaşlıq strategiyası çərçivəsində birgə layihələrin həyata keçirilməsi prosesi nəzərdən keçirilib.

 Özbəkistan və Aİ arasında yaradılacaq birgə qurumların  müzakirə olunduğu görüşdə Özbəkistan rәhbәrliyi  Aİ  heyətini may ayında  Daşkənddə keçiriləcək beynəlxalq konfransa dəvət edib.

 Burianın  başçılıq etdiyi nümayəndə heyəti   keçən həftə də Tacikistana  səfər etmişdi vә   Baş nazir Kahir Rəsulzadə və Xarici İşlər nazirinin 1-ci müavini Nizamiddin Zahidi ilə görüşmüşdü.



Әlaqәli Xәbәrlәr