Şinzo Abe Avropa ölkələrinə və Rusiyaya səfər edəcək

Yaponiyanın Baş naziri Şinzo Abe İtaliya, Fransa, Belçika, Almaniya, Böyük Britaniya və Rusiya səfər edəcək

481091
Şinzo Abe Avropa ölkələrinə və Rusiyaya səfər edəcək

Yaponiyanın Baş naziri Şinzo Abe mayın 1-dən başlayaraq Avropanın 5 ölkəsinə və Rusiyaya səfər edəcək. Səfərin məqsədi G7 ölkələrinin mayda Yaponiyada keçiriləcək sammiti ilə bağlı gündəliyin dəqiqləşdirilməsidir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, bir həftə davam edəcək səfər çərçivəsində Ş.Abe İtaliya, Fransa, Belçika, Almaniya, Böyük Britaniya və Rusiya liderləri ilə müzakirələr aparacaq.

Y.Suqa əlavə edib ki, bu danışıqlar mayın 26-27-də keçiriləcək G7 sammitinə hazırlığın bir hissəsidir. Avropa liderləri ilə müzakirələr zamanı dünya iqtisadiyyatında baş verən proseslər, terrorizm, qaçqın problemi və iqlim dəyişiklikləri məsələlərinə xüsusi diqqət yetiriləcək.

Baş katib, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli əlaqələrin geniş aspektdə müzakirə edilməsi gözlənilir. Buraya iki ölkə arasında sülh müqaviləsinin imzalanması və beynəlxalq ictimaiyyəti narahat edən digər məsələlər daxildir.



Әlaqәli Xәbәrlәr