İsraillə Fələstin arasında gərginlik artır

İordan çayının qərb sahilindəki Ramallah şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində fələstinli uşaq yaralanıb

480519
İsraillə Fələstin arasında gərginlik artır

İordan çayının qərb sahilindəki Ramallah şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində fələstinli uşaq yaralanıb, iki fələstinlinin də birini yaralayaraq digərini nəzarətə alıblar. Fələstinli səlahiyyətlilər İsrail əsgərlərinin təcili yardım qrupunun yaralı uşağa yardım etməsinə maneə törətdiyini bildirib.

Bu arada, İsrail Fransada İsrail-Fələstin sülhünün müzakirə ediləcəyi beynəlxalq  konfrans təşkil edilməsinə qarşı olduğunu söyləyib. İsrail Baş naziri Binyamin Netanyahunun mətbuat ofisindən edilən açıqlamada "İsrailin, Fələstinlə münaqişənin həllində ən yaxşı yol kimi birbaşa ikitərəfli müzakirələri gördüyü" qeyd edilib. Fələstin tərəfi isə Fransa danışıqlarının İsrail tərəfindən rədd edilməsinin onlara qarşı pozuntuların davam edəcəyi anlamına gəldiyini açıqlayıb. 

Qeyd edək ki, Fransa mayın 30-da Parisdə İsrail-Fələstin sülhünün müzakirəsi üçün beynəlxalq konfrans təşkil ediləcəyini, danışıqlara Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Birliyi ilə bərabər təxminən 20 ölkədən səlahiyyətlilərin qatılacağını açıqlamışdı.  



Әlaqәli Xәbәrlәr