Əfqanıstanla Taliban arasında sülh danışıqları mənfi nəticələnib

Pakistanın paytaxtı İslamabadda gizli reallaşdırılmağa çalışılan danışıqlarda Taliban atəşkəs çağırışını rədd edib.

480528
Əfqanıstanla Taliban arasında sülh danışıqları mənfi nəticələnib

Pakistanın paytaxtı İslamabadda gizli reallaşdırılmağa çalışılan danışıqlarda Taliban atəşkəs çağırışını rədd edib. Adının açıqlanmasını istəməyən hökumət səlahiyyətlisi "Əfqan Talibanının Qətər ofisində olan Şahabuddin Dilavərin başçılığı ilə 3 nəfərlik heyətlə sülh danışıqları üçün Talibanı razı etməyə çalışdıq, lakin səylər müsbət nəticə vermədi. Bizə 'Molla Mənsur Kabil hökuməti ilə görüşmək istəmir, çünki qarşılığında alacağı bir şey yoxdur” dedilər deyə hökümət nümayəndəsi bildirib.

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Nafiz Zəkəriyyə isə ölkəsinin terrorun hər formasını qınadığını ifadə edərək "Pakistan Əfqanıstanda dinclik üçün ciddi səylər sərf edir, lakin əfqan Talibanını dialoq üçün müzakirəyə dəvət etmək yalnız Pakistanın məsuliyyəti deyil" deyə vurğulayıb.

Əfqan hökuməti və Taliban arasındakı sülh danışıqlarının ilk turu ötən ilin iyul ayında Pakistanda keçirilmişdi. Lakin ikinci tur Taliban lideri Molla Ömərin ölüm xəbərinin ortaya çıxmasından sonra müddətsiz təxirə salınmışdı. Talibanın Qətər ofisinin sözçüsü Məhəmməd Naim çərşənbə günü paytaxt Dohada verdiyi açıqlamada heyətin Pakistan səfərinin Molla Axtar Mənsurun təlimatı ilə  edildiyini, lakin sülh danışıqlarına qoşulmaq məqsədlərinin olmadığını ifadə etmişdi.

Bu arada, Əfqanıstanda Talibana qarşı əməliyyatlar davam edir. Faryab şəhərində həyata keçirilən əməliyyatda iki həftədə 200-dən çox Taliban üzvü öldürülüb.



Әlaqәli Xәbәrlәr