ABŞ-dan bir-birinǝ zidd açıqlamalar

Eşton Karterın sözlǝri ilǝ Dövlǝt Katibliyinin açıqlamaları üst-üstǝ düşmür.

480503
ABŞ-dan bir-birinǝ zidd açıqlamalar

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Eşton Karter terror təşkilatı PKK ilə təşkilatın Suriyadakı davamı olan YPG və PYD arasında əlaqə olduğunu qǝbul etdiyini açıqlayır, amma Dövlǝt Katibliyi tǝrǝfindǝn "PKK-nı xarici terror təşkilatı kimi tanıyırıq. YPG-ni  isə terror təşkilatı kimi tanımırıq" deyǝ açıqlama verilib.

 Amerika Senatının Silahlı Xidmətlər Komitəsində senatorların suallarını cavablandıran Müdafiə naziri Karter, Senator Lindsey Grahamin, "Hesabatlar, PYD ilə YPG-nin PKK ilə əlaqəli ya da ən azından mühüm əlaqələri olduğunu bildirir. Bu düzdürmü"? şəklindəki sualına, "bəli" cavabını verib.

 Grahamin, PKK-nın Türkiyə üçün terror təşkilatı olduğunu dilǝ gǝtirmǝsi qarşısında Karter deyib ki, PKK sadǝcǝ Türkiyənin deyil ABŞ-ın nəzərində də terror təşkilatıdır.

Karter “Türklərin Suriyada YPG-ni silahlandırdığımız üçün bizə qəzəbli olması sizin üçün təəccüb doğururmu"? sualına isǝ “xeyr” deyib və Türkiyə ilə ǝtraflı şǝkildǝ məsləhətləşmələrin davam etdiyini bildirib.

 ABD Dövlǝt Departamentinin sözçüsü Con Kirbi isə Vaşinqtonun terror təşkilatı PKK və Suriyadakı davamı PYD haqqındakı siyasətlərində hər hansı dəyişiklik olmadığını söyləyib.

 Gündəlik mətbuat konfransında PKK-nı xarici terror təşkilatı olaraq gördüklərini bir daha dilǝ gǝtirǝn Kirbi deyib ki, YPG-ni isə terror təşkilatı kimi tanımırıq.

 Sözçü Kirbi DEAŞ-a qarşı mübarizə aparan qruplara yardım etməyə davam edəcəklərini və bunun yalnız PYD ilǝ məhdud qalmayacağını bildirib.



Әlaqәli Xәbәrlәr