S.Misturadan Cenevrə danışıqlarına dair açıqlama

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Cenevrədə aparılan Suriya danışıqları ilə bağlı BMT Təhlükəsizlik Şurasını telekonfrans yolu ilə məlumatlandırdıqdan sonra jurnalistlərə açıqlamalar verib.

S.Misturadan Cenevrə danışıqlarına dair açıqlama

Steffan de Mistura bildirib ki, danışıqların getdiyi vaxt hər gün bir hadisə yaşandı. Hələbin şərqində xəstəxanaya hava hücumu təşkil edildi və orda olan sonuncu uşaq həkimi də öldürüldü. Şamda 15 nəfər öldürüldü, 30 nəfər yaralandı. Son 48 saatda hər 25 dəqiqədə bir suriyalı qətlə yetirildi, hər 13 dəqiqədə isə bir nəfər yaralandı və bütün bu olaylar danışıqların bu mərhələsinə olduqca pis təsir göstərdi- deyə BMT nümayəndəsi bildirib.

Tərəflər arasında hələ də böyük fikir ayrılıqları olduğunu söyləyən De Mistura iyul ayına qədər ən az bir, yaxud iki turda görüşlər olacağını bildirib.

 Steffan de Mistura atәşkәs rejimini bәrpa etmәk mәqsәdi ilә  gәlәn hәftә Moskvada  görüşlәr keçirәcәk.



Әlaqәli Xәbәrlәr