76 nəfərin hǝr birinǝ 10 il iş kǝsilib
Çevriliş əleyhinə 76 nəfərin hǝr birinǝ icazəsiz aksiya keçirdikləri və polis mərkəzinə hücum etdikləri iddiası ilǝ 10 il iş kǝsilib.
Misirdə çevriliş əleyhinə 76 nəfərin hǝr birinǝ icazəsiz aksiya keçirdikləri və polis mərkəzinə hücum etdikləri iddiası ilǝ 10 il iş kǝsilib.
Məhkum olunanlar arasında keçən may ayında məhbus olduğu Akreb həbsxanasında şəkər və hepatit C xəstəliklərinǝ görǝ vǝziyyǝtinin ağırlaşmasına baxmayaraq, müalicə olunmasına icazǝ verilmǝmǝsi nəticəsində beyin iflici keçirəndən sonra həyatını itirən Hürriyyət və Ədalət Partiyasının idarə heyətinin üzvü Fərid İsmayıl da var.
Misirdə demokratik şəkildə seçilən ilk prezident Məhəmməd Mursi rəhbərliyinə qarşı hǝyata keçirilǝn hǝrbi çevrilişdǝn sonra xeyli sayda çevriliş ǝleyhdarı və Müsəlman Qardaşlar Təşkilatı (İhvan) mənsubu terror hadisələrini planlaşdırmaq və şiddət hadisələrinə qarışmaqda günahlandırılaraq mühakimə olunur.