Rus məhkəməsinin KTM Məclisi ilǝ bağlı qǝrarından reaksiyalar davam edir

Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, Rus məhkəməsinin Krım Tatar Milli Məclisini radikal təşkilat siyahısına salaraq fəaliyyətlərinin dayandırılmasını nǝzǝrdǝ tutan qərarının legitim olmadığını bildirib.

479100
Rus məhkəməsinin KTM Məclisi ilǝ bağlı qǝrarından reaksiyalar davam edir

Təşkil etdiyi mətbuat konfransında məhkəmənin qǝrarından sonra Krım Tatar Milli Məclisinin fövqəladə vǝziyyǝt rejiminǝ keçdiyini ifadǝ edǝn Refat Çubarov “Krım Tatar Milli Meclisinin başqa bir qərar qǝbul edǝcǝyi müddǝtǝ dǝk, Məclisin, üzvlərin və Krım Tatar Milli Qurultayı tǝrǝfindǝn seçilən digər orqanların fəaliyyəti, Krım Tatar Milli Məclisinin sədri tərəfindən tǝnzimlǝnǝcǝk. Milli Məclisinin mərkəz ofisi isǝ Kiyevdǝ olacaq” deyǝ vurğulayıb.

Avropa İttifaqı da, “ Dırnaqarası Krım Ali Məhkəməsi” nin qǝbul etdiyi qərara reaksiya verib. Bunun bütün Krım Tatarlarının hüquqlarının pozuntusu mǝnasını verdiyi nǝzǝrindǝn müdafiǝ edib.

Aİ-nın Xarici Əlaqələr və Təhlükəsizlik üzrǝ ali nümayəndəsi Federica Mogherininin ofisindən mövzu ilǝ bağlı verilǝn açıqlamada: “Beynəlxalq insan hüquqlarına riayǝt edilmǝlidir” deyilib.

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland da, yazılı açıqlamasında, Krım Tatar Milli Məclisinin fǝaliyyǝtlǝrinin dayandırılmasını nǝzǝrdǝ tutan qǝrarla bütün Krım Tatarlarının hədəf götürüldüyünü qeyd edib.

Məhkəmənin qərarını tǝşvişlǝ qarşıladıqlarını ifadə edən Jagland, “Səlahiyyətlilərǝ legitim tədbirlər çǝrçivǝsindǝ bu qərardan imtina etmǝlǝri haqda çağırış edirǝm” deyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Agramunt da, qərardan tǝşviş duyduğunu ifadə edərək, Rus rǝsmilǝrdǝn, qərardan imtina etmǝlǝri üçün lazımlı addımları atmalarını istǝyib.



Әlaqәli Xәbәrlәr