Avropa İttifaqı qondarma “Krım Ali Məhkəməsi"nin qərarına sərt reaksiya verdi

Avropa İttifaqı Rusiyanın ilhaq etdiyi Krımda Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunmasına və ekstremist təşkilatlar siyahısına salınmasına reaksiya göstərdi.

478867
Avropa İttifaqı qondarma “Krım Ali Məhkəməsi"nin qərarına sərt reaksiya verdi

 Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Üzrə Ali Nümayəndəsi Federica Mogherininin ofisindən verılin açıqlamada   qondarma “Krım Ali Məhkəməsi" tərəfindən Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan edilməsi və ekstremist təşkilatlar siyahısına salınmasının bütün Krım Tatarlarının haqlarına qarşı çox ciddi bir hücum olduğu bildirilir.

 Açıqlamada qərarın 2014-ci ildə Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməsindən etibarən Krım Yarımadasındakı insan haqlarının pozulması istiqamətində addımlar atıldığı və "azlıqlara mənsub şəxslərin incidilməsi" də buna daxil olduğu qeyd edilir.

 Açıqlamada beynəlxalq insan haqları və beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərə əməl olunmasının zəruriyyəti vurgulanır.

 Qeyd edək ki, Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Poklonskayanın Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan edilməsi və radikal təşkilatlar siyahısına salınması üçün qaldırdığı iddia əsasında açılan məhkəmə prosesinin dünənki iclasında məhkəmə Krım Tatar Milli Məclisini ekstremist təşkilat hesab edərək fəaliyyətinin qadağan olunması barədə qərar qəbul etmişdi.

 



Әlaqәli Xәbәrlәr