ABŞ senatorları Obamadan İsraillə bağlanan təhlükəsizlik barədə müqavilənin uzadılmasını istədilər

Amerika Birləşmiş Ştatlarında senatorlar prezident Barak Obamaya bir məktub yazaraq, İsraillə 2018-ci ildə başa çatacaq təhlükəsizlik müqaviləsinin uzadılması ilə əlaqədar müraciət etdilər.

478871
ABŞ senatorları Obamadan İsraillə bağlanan təhlükəsizlik barədə müqavilənin uzadılmasını istədilər

 100 senatordan 83-nün imza atdığı məktubda müqavilənin İsrailə illik hərbi yardımın 3,1 milyard dollar artırılması şərti ilə Obama tərəfindən imzalanması istənilir.

 İsrailin ABŞ-ın dəstəyinə ehtiyacı olduğu vurğulanan məktubda senatorlar: "İsrailin müdafiə sahəsindəki ehtiyaclarının artdığı bir zamanda İsrailin özünü müdafiə etməsi üçün bizim dəstəyimiz lazımdır" ifadəsinə yer verilir.

Ölkə prezidentliyinə namizədliklərini vermək üçün kampaniya aparanlar arasında olanlardan demokrat Vermont senatoru Bernie Sanders məktubu imzalamadı, respublikaçı Texas Senatoru Ted Cruz isə imzalayanlara qoşuldu.



Әlaqәli Xәbәrlәr