ABŞ: DEAŞ-ın 800 mln dollar məbləğində pul ehtiyatları məhv edilib

DEAŞ-ın nəzarətində olan müxtəlif obyektlərin bombalanması zamanı qruplaşmanın 800 mln dollar məbləğində pul ehtiyatları məhv edilib.

478861
ABŞ: DEAŞ-ın  800 mln dollar məbləğində pul ehtiyatları məhv edilib

Bunu ABŞ-ın İraqdakı hərbi komandanlığının nümayəndəsi general Piter Gersten deyib.

Onun sözlərinə görə, ABŞ aviasiyası DEAŞ-ın nağd pul vəsaitlərinin saxlandığı binalara dəfələrlə zərbələr endirib.  General jurnalistlərin məhv edilən pulun məhz 800 mln dollar məbləğində olmasının necə müəyyən edildiyi barədə sualını açıqlamayıb.

 Piter Gersten həmçinin bildirib ki, qeyd olunan pul vəsaitləri məhv edildikdən sonra qruplaşmanın sıralarında fərarilik halları 90 % artıb, həmçinin qruplaşmaya yeni döyüşçülərin cəlb olunması prosesi xeyli səngiyib.    



Әlaqәli Xәbәrlәr