ABŞ-dan DEAŞ-a kiber hücum

Peter Gersten, terror tǝşkilatı DEAŞ-a qarşı mübarizə çǝrçivǝsindǝ ölkǝsinin üstün kiber tǝcrübǝsinin istifadǝsinǝ başlandığını bildirb.

479404
ABŞ-dan DEAŞ-a kiber hücum

ABŞ-ın yüksǝk rütbǝli hǝrbçisi Peter Gersten, İraqın paytaxtı Bağdadda jurnalistlərə verdiyi açıqlamasında terror tǝşkilatı DEAŞ-a qarşı mübarizə çǝrçivǝsindǝ ölkǝsinin üstün kiber tǝcrübǝsinin istifadǝsinǝ başlandığını bildirib. Gersten, kiber hücumlarının koordinasiyalı və təsirli olduğunu vurğulayıb.

Qeyd edǝk ki, ABŞ-ın liderliyindəki koalisiya qüvvǝlǝri Avqust 2014dǝn bǝri İraq və Suriyada terror tǝşkilatı DEAŞ-a aviazǝrbǝlǝr endirir.

ABŞ-lı səlahiyyətlilər uzun müddətdir təşkilatın informasiya mǝnbǝlǝrini məhdudlaşdırmaq və gücünü artırmasının qarşısını almaq üçün kiber texnikalardan istifadǝ edildiyini bunun əhəmiyyətli addım olduğunu qeyd edirlǝr.

Fevral ayında ABŞ Müdafiə naziri Ashton Carter və Baş qərargah Başçısı General Joe Dunford daha ǝvvǝl verdiklǝri açıqlamalarda, DEAŞ əleyhdarı kampaniyaları güclǝndirǝcǝklǝrini, bunda kiber hücumların böyük rolü olacağını qeyd etmişdilǝr.

New York Times qəzetindǝ bazar günü mövzu ilǝ bağlı ǝks edǝn xǝbǝrdǝ isǝ ABŞ Siber Müdafiə Komandanlığının DEAŞ şəbəkələrinə çiplǝr yerləşdirərək təşkilatın fəaliyyətlərini izlǝdiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr