Şahzadə Məhəmməd: " neftə asılılıq, inkişaf qarşısında ǝn böyük maneǝdir"

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti qismǝn xüsusilǝşdirilir

478142
Şahzadə Məhəmməd: " neftə asılılıq, inkişaf qarşısında ǝn böyük maneǝdir"

İkinci vəliəhd Şahzadə və Müdafiə naziri Məhəmməd bin Salman, Əl Ərəbiyə kanalına verdiyi açıqlamada “Aramco holdingǝ çevrildikdǝn sonra sǝhmlǝrinin 5% və daha sonra tǝrkibindǝki şirkǝtlǝr  satılacaq” deyib.

Dünyanın ən böyük neft şirkəti Aramconun müqəddəs hesab edilmǝsinin tǝhlükǝ mǝnbǝyi olduğuna diqqəti çəkən Şahzadə Məhəmməd, ölkəsinin neftə asılılığının, inkişafın qarşısında ǝn böyük maneǝ olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanının Zahran şəhərində yerlǝşǝn şirkət,  neft   hasilatına ilk dǝfǝ  1935-ci ildə  başlayıb. Firmanın 261 milyard barrel neftinin olduğu bilinirki, bu da ən böyük Amerika neft şirkətinin potensialının 10 qatı qǝdǝrdir.

Dünya neft hasilatının 8-dǝ birini hasil edǝn Aramco şirkǝtinin 60 mindən çox işçisi var.



Әlaqәli Xәbәrlәr