Con Kerri ilə Sergey Lavrov arasında telefon danışığı olub
ABŞ Dövlət Katibi Con Kerri ilə Rusiya XİN-nin rәhbәri Sergey Lavrov telefon vasitəsilə görüşüblər.

ABŞ Dövlət Katibi Con Kerri ilə Rusiya XİN-nin rәhbәri Sergey Lavrov telefon vasitəsilə görüşüblər.
Әldә edilәn mәlumata görә, görüş zamanı Suriyadakı qarşıdurmaların dayandırılması məqsədilə imzalanan razılaşamanın detalları müzakirə olunub.
ABŞ Dövlәt Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat brifinqində iki nazirin görüşü ilə bağlı bəzi açıqlamalar verib.
Con Kirbi ölkəsinin ilkin prioritetinin müqavilənin davam etdirilməsi üçün lazımi zəminin qorunması olduğunu vurğulayıb. Con Kirbi xüsusən Hələb ətrafında Bәşәr Əsəd qüvvələrinin hücumlarının artmasına da diqqəti çəkib.
Con Kerrinin “New York Times” qəzetinə verdiyi müsahibədə Hələb və ətrafının 24 saat izlənməsini təklif etməsinə dair verilən sualı Kirbi belә cavablandırıb: ‘’Con Kerri qətiyyən ölkənin bölünmәsindәn bəhs etmir. Biz Suriyanın bütöv qalmasının tərəfdarıyıq".
Kerrinin təklifi ilə bağlı detalları açıqlamayan Kirbi Beynəlxalq Suriya Dəstək Qrupuna üzv hər bir ölkənin bu cür təkliflər tәqdim edә bilәcәyinə və bunların müzakirə edilə bilәcәyinә işarə edib.
Kirbi həmçinin Con Kerrinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə ayrı-ayrılıqda telefonla görüşdüyünü də bildirib.
Con Kirbi, görüşdə iki ölkə liderinin gərginliyin azaldılması və müzakirələrin başlaması məsələsində təşviq edildiyini söyləyib.