Almaniyada tətillər üzündən yüzlərlə aviareys ləğv olunacaq

Almanyada hava limanı xidmətləri əməkdaşlarının daxil olduğu Birləşmiş Xidmət Həmkarlar İttifaqının (Ver.di) sabah (27 Aprel) keçirəcəyi tətil səbəbindən yüzlərlə aviareys ləğv olunacaq.

478709
Almaniyada tətillər üzündən yüzlərlə aviareys ləğv olunacaq

 Alman aviaşirkəti Lufthansanın verdıyı məlumatda Ver.di-nin, Frankfurt, Münhen, Düsseldorf, Köln-Bonn, Dortmund və Hannover hava limanlarındakı əməkdaşlarına xəbərdarlıq tətili çağırışı etdiyini xatırladılaraq, tətil keçirən bütün hava limanlarında uçuşların ləğv olunacağı və tətildən on minlərlə sərnişinin əziyyət çəkəcəyi bildirildi.
 
 Tətilin təsirinin hava limanına görə dəyişəcəyinə işarə edilən məlumatda Münhen Hava Limanındakı tətilin tam gün davam edəcəyi, Frankfurtdakı tətilin isə saat 15.00-də bitəcəyi qeyd edildi.
 
 Münhendəki hava limanında bütün qitələrarası reyslərin ləğv edildiyi bildirilən məlumatda buradan Almaniya və digər Avropaya  yalnız 90 reys həyata keçiriləcəyi deyilir.
 
 Alman mətbuatının verdiyi xəbərlərə görə, Ver.di həmkarlar ittifaqı təxminən 2 milyon əməkdaşın maaşlarının 6% və stajçıların maaşlarının ayda 100 avro artırılmasını tələb edir

 



Әlaqәli Xәbәrlәr