Romanın ad günü qeyd olunub

Dünən dünyanın ən köhnə şəhərlərindən olan İtalyanın paytaxtı Romanın 2769-cu ildönümü təntənəli mərasimlə qeyd olunub.

477329
Romanın ad günü qeyd olunub

Tarixi Roma Qrupunun təşkil etdiyi mərasimdə Roma İmperatorluğu dövrünün əsgər, legionerlər, senator və romalıların paltarlarını geyən aktyorlar şəhər mərkəzində doğru yürüyüblər.

Mərasim iştirakçıları şəhər mərkəzindəki antik şəhər Forum Romadan başlayıb, Romanın məşhur simvolu sayılan Kolezeyin qarşısından keçərək antik Romada hipodrom sahəsi olaraq istifadə olunan Massimoya qədər gediblər. Mərasim  romalılar və şəhəri ziyarət edən turistlərin böyük marağına səbəb olub.

 



Әlaqәli Xәbәrlәr