Müsəlmanlar problemin deyil, həll prosesinin bir hissəsi olmaq istəyir

Xorvatiyanın paytaxtı Zaqreb 26 apreldə (sabah) Avropa İslam Birliyi Konferansına ev sahibliyi edəcək.

477730
Müsəlmanlar problemin deyil, həll prosesinin bir hissəsi olmaq istəyir

Xorvatiyanın paytaxtı Zaqreb 26 apreldə (sabah) Avropa İslam Birliyi Konferansına ev sahibliyi edəcək.

Konferansda Türkiyəni Dövlə başçısı Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. Konferansa gələn dünya liderləri Zaqrebdən dünyaya "Müsəlmanlar problemin deyil, həllin bir hissəsi olmaq istəyir" mesajını çatdıracaqlar.

Xorvatiya İslam Birliyinin dini lideri Aziz Hasanoviç Anadolu xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, İslam dininin Xorvatiyada qəbul edilməsinin 100-cü ildönümü səbəbilə təşkil olunacaq tədbirdə İslamın Avropadakı vəziyyəti müzakirə olunacaq.

Hasanoviç qeyd edib ki, İslam dininin Xorvatiyada qəbul edilməsinin 100-cü ildönümünə həsr olunmuş konferans cari il müddətində davam edəcək. Dünya miqyasında "Qurani-Kərim" təhsili verən müəllimlərin qatılacağı konferansda bir sıra digər tədbirlər də keçiriləcək.

Xorvatiyada təxminən 63.000 müsəlmanın yaşadığını qeyd edən Hasanoviç bildirib ki, Xorvatiya İslam Birliyi Dini İdarəsi insanların etnik kökünə baxmadan ölkədəki bütün müsəlmanları bir yerə yığaraq güclü əlaqələr yaradır.



Әlaqәli Xәbәrlәr