Erməni iddialarına qarşı yürüşlər

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda erməni iddialarına qarşı Türkiyəyə dəstək məqsədiylə təşkil edilən "Sülh və həmrəylik yürüşü”nə minlərlə insan qatılıb.

477321
Erməni iddialarına qarşı yürüşlər

Türk-Amerikan Milli İstiqamətləndirmə Komitəsinin təşkil etdiyi yürüş  Ağ Evin qarşısından başlayıb və Türkiyənin Vaşinqtondakı səfirliyi  qarşısında sona çatıb.

Yürüşə Türkiyə Böyük Millət Məclisinin Türk-Amerikan dostluq qrupunun rəhbəri  Əli Sarıkaya, Ədalət və İnkişaf Partiyasının millət vəkili Fatma Betül Sayan, və digər rəsmilər qatılıblar.

1915-ci il  hadisələrinə dair iddialar, islamofobiya, suriyalı qaçqınların durumuna  diqqəti çəkmək üçün təşkil edilən yürüşə türklərlə bərabər Amerikadakı digər ölkə vətəndaşları və müsəlman cəmiyyətləri qatılıblar.

"Sülh və həmrəylik üçün Türkiyəni dəstəkləyirik", "Ermənistan terrorunun qurbanlarını yad edirik" kimi plakatlar daşıyan yürüyüşçülər  Türkiyə lehinə şüarlar səsləndiriblər.

Bu arada,  Kanadadakı türklər də erməni yalanlarına  qarşı çıxıblar.

Kanadalı türklərin Sülh və Həmrəylik Platforması tərəfindən təşkil edilən 24 aprel yürüşü şəhid polkovnik Atilla Altıkatın məzarı önündən başlayıb.  Erməni terror təşkilatı ASALA tərəfindən 1982-ci ildə Ottavada qətlə yetirilən polkovnik Atilla Altıkatı yad edən yürüyüşçülər Kanada Federal Parlament binası önünə, daha sonra  Türkiyənin Ottavadakı səfirliyinə gəliblər.

Minlərlə türk nəhəng Türk və Kanada bayraqları ilə erməni yalanlarına qarşı  şüarlar səsləndiriblər. Yürüşdə Ottava, Toronto, Monreal, Hamilton şəhərlərində yaşayan türklərlə yanaşı  digər ölkə vətəndaşları da iştirak ediblər.



Әlaqәli Xәbәrlәr