BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyәni R.T.Әrdoğan tәmsil edәcәk
Birləşmiş Millətlər Tәşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın paytaxtı Bakıda başlayıb.

Birləşmiş Millətlər Tәşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın paytaxtı Bakıda başlayıb.
Bakı Konqres Mərkəzində "Cəmiyyətdә birgə yaşayış’’ şüarı ilə keçirilən tədbirin ilk iclası gənclərə ayrılıb.
Gənc liderlər görüşündә Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Birlәşmiş Millәtlәr Mədəniyyətlər İttifaqının Ali Nümayəndəsi Nassir Abdulaziz Al Nasser, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva ilə müxtəlif ölkələrdən gәlәn 150 gənc lider iştirak edib.
Forumun ilk sessiyasında sülh, təhlükəsizlik və inkişaf üçün gənclərin töhfəsinin əhəmiyyəti vurğulanıb.
Üç gün davam edəcək forumda BMT-yə üzv ölkələrin dövlət başçıları, beynəlxalq və regional təşkilatların nümayəndələri, incәsәnәt nümayәndәlәri və akademiklərdən ibarət olan təxminən 2 min nəfərin iştirak etmәsi gözlənilir.
Qeyd edәk ki, forumda Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.
Әlaqәli Xәbәrlәr

Co Bayden vә Uhuru Kenyatta arasında telefon danışığı olub
Bu barәdә Ağ Evin mәlbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.