Fransa Yaxın Şərq sülh prosesini canlandırmağa hazırlaşır

Fransanın Xarici İşlər naziri Jean-Marc Ayrault ​ israil- Fələstin sülh məsələsi ətrafında beynəlxalq danışıqların mayın 30-da paytaxt Parisdə başlayacağını bildirdi.

475833
Fransa Yaxın Şərq sülh prosesini canlandırmağa hazırlaşır

Ayrault "Liberation" qəzetinə verdiyi müsahibəsində konfransda Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatından ibarət olan "Yaxın Şərq kvarteti", Ərəb Birliyi, BMT Təhlükəsizlik Şurası və təxminən 20 ölkənin rəsmilərinin iştirak edəcəyi barədə məlumat verdi.

Ayrault, Yaxın Şərq sülh prosesində qarşıdurmaların sona çatdırılması üçün ortaq paytaxt Qüdsdə israillilər ilə fələstinlilərin yanaşı yaşayacağı iki dövlətli həll yolundan başqa bir variant olmadığını ifadə etdi.

İki tərəfin hər zamankından daha çox parçalanmış vəziyyətdə olduğuna işarə edən Ayrault, iki dövlətli həlldən başqa variantların "qismət" fəlsəfəsinə söykəndiyini və bunu qəbul etmədiyini də vurğuladı.

Məsələ ilə əlaqədar gec olmadan bir şey edilməli olduğunu vurğulayan Fransa Xarici İşlər naziri İsrail ilə Fələstin arasındakı münaqişənin bölgədəki təzyiqi artırdığını və DEAŞ terror təşkilatının təbliğatına zəmin yaratdığını qeyd etdi.

Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki Fransanın bu təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını bildirdi. İsrail tərəfi isə hələ ki münasibət bildirməyib.



Әlaqәli Xәbәrlәr